Bölgə xəbərləri

Sabah hava necə olacaq?

24 Mart 2014 13:08
4 Şərh     Baxış: 6 279
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Sabah Azərbaycan ərazisində hava əsasən yağmursuz keçəcək.
 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan Trend-ə bildirilib ki, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, səhər bəzi yerlərdə zəif duman olacağı gözlənilir.
 

Mülayim cənub küləyi əsəcək, gündüz arabir güclənəcək, havanın temperaturu gecə 4-6°, gündüz 11-16° isti olacaq.
 

Azərbaycan rayonlarında hava əsasən yağmursuz, gecə və səhər bəzi yerlərdə duman olacaq, mülayim cənub küləyi əsəcək. Havanıın temperaturunun gecə 3-8, gündüz 16-21° isti, dağlarda gecə 3° şaxtadan 2° qədər isti, gündüz 9-14° isti olacağı gözlənilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.