Video

Hansı musiqi alətlərinə maraq var? - REPORTAJ - VİDEO

12 Oktyabr 2015 18:14
0 Şərh     Baxış: 1 266
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

TTV (Region TV) xəbər verir ki, musiqi dinləmək hər kəsə zövq verir. Amma bu sənətin sirlərini öyrənmək xüsusi ilə maraqlıdır.  Bölgələrdə azyaşlıların musiqi təhsili alması üçün məktəblər fəaliyyət göstərir. Onlardan biri də Ağstafadadır. Həmkarımız Oruc Mansurov bu məktəbin fəaliyyəti ilə maraqlanıb.

Ağstafada, 1975-ci ildən fəaliyyət göstərən Hüseyn Arif adına musiqi məktəbində 278 şagird musiqi təhsili alır. 90 müəllim şagirdlərə alətlərin sirlərini öyrədir. Məktəbdə fortepiano, tar, nağara, qarmon, skirpka və digər musiqi alətləri üzrə dərslər keçirilir. Məktəbin şagirdləri respublika əhəmiyyətli müxtəlif müsabiqələrdə də iştirak edirlər. Əvvəlki illərlə müqayisədə təhsil almaq üçün müraciət edən şagirdlərin sayında artım müşahidə olunur. Artıq musiqi məktəbi üçün müasir tipli binanın tikintisinə də başlanılıb. Yeni bina arxitekturasına görə də fərqlənəcək.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin.

фото

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.