Video

"Böyrək suyu" - VİDEO

1 Oktyabr 2015 13:41
8 Şərh     Baxış: 4 463
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yevlağın Tanrıqulular kəndində düz 39 ildir yerin təkindən çıxan suyun müalicəvi əhəmiyyətinin olduğu bildirilir. El TV (Region TV) xəbər verir ki, Qazandağdakı şirin bulaqdan, 450-500 metr dərinlikdən axıb gələn su böyrək və qaraciyər üçün faydalıdır. İndi el arasında "böyrək suyu" adlanan bu müalicəvi mayedən tək Tanrıqulular deyil, ətraf yerlərin sakinləri də istifadə edirlər. Sakinlər bildirirlər ki, yerin təkində qəza baş verdikdən sonra suyun təzyiqi azalsa da, buraya gələnlərin ardı-arası kəsilmir.

Kənd sakinləri bildirirlər ki, hələ 1976-cı ildə suyun kimyəvi tərkibinin öyrənilməsinə cəhd edilib. Bu məqsədlə ondan nümunələr götürülərək Rusiyanın Yessentuki şəhərinə lobarator analizə göndərilib. Nəticə uğurlu olub. 1996-cı ildə yenidən analiz edilən su satışa çıxarılıb.
Bildirək ki, kənddə hazırda ümumilikdə altı subartezian quyusu mövcuddur. 

Videonu izləmək üçün şəklə klikləyin.

фото

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.