Video

Azərbaycanlıların toy karvanı Moskvada yolu bağladı - VİDEO

24 May 2015 13:27
2 Şərh     Baxış: 3 938
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiyanın paytaxtı Moskvada azərbaycanlıların toy karvanı yolu bağlayıb.

Anspress-in məlumatına görə, mayın 23-də Varşava magistralında azərbaycanlılara məxsus toy karvanının maşınları yol getdiyi zaman qəfildən hərəkəti dayandırıb.

Həmin karvana aid olan avtomobillərdən birindən isə bunu videoya çəkərək sosial şəbəkədə paylaşıblar.

Kadrlarda da görünür ki, ümumilikdə beş maşın körpüyə girəndə qəsdən yolu kəsiblər. Onlardan ikisinin üzərində Azərbaycan bayrağı olub. Dayanan maşınların içərisindən adamlar çıxaraq bəylə gəlini təbrik ediblər.

Yoldakı bu durğunluq cəmi 30 saniyə davam etsə də, magistral yolda sıxlıq yaranmasına səbəb olub.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin.

фото

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.