Video

İzlənmə rekordları qıran VİDEO

26 Aprel 2015 13:16
0 Şərh     Baxış: 3 971
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
ABŞ-da çəkilən bir video izlənmə rekordları qırıb.

Milli.Az publika.az-a istinadən bildirir ki, 11 gün öncə səbəbsiz bir şəkildə ayaqları tutulan Baili adlı gənc qız xəstəxanaya yerləşdirilib.

Müalicə alarkən tibb bacısı ona xüsusi qayğı göstərib. Daha sonra evə buraxılan Baili günlərin bir günü möcüzəvi bir şəkildə yeriməyə başlayıb.

Xəstəxana heyətinə təşəkkür etmək üçün geri qayıdan gənc qız ona xüsusi diqqət yetirən tibb bacısına sürpriz edib. Əlil arabası ilə tibb bacısının qarşısına çıxan Baili bir anda ayağa durub. Bunu görən tibb bacısı çox təəccüblənib və gözlərinə inana bilməyib. Qızı bərk-bərk qucaqlayan tibb bacısı Allaha şükür edib.

Tibb bacısının reaksiyası sosial şəbəkə də böyük marağa səbəb olub. Sözügedən görüntü internetdə ən çox baxılanlar arasına düşüb.



Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.