Video

"Qış" sənəti - VİDEO

28 Fevral 2015 18:56
0 Şərh     Baxış: 1 318
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
"Kanal S" (Region TV) xəbər verir ki, usta Nəriman 40 ildən artıqdır ki, yəhər düzəltməklə məşğuldur. Bu sənətin ona atasından yadigar qaldığını söyləyir. Bir ayda təqribən 5-10 ədəd yəhər hazırlayan qəhrəmanımız qiymətlərin ölçü və formaya görə dəyişdiyini deyir. Xüsusi sifarişlə hazırlanan yəhərlər isə baha qiymətə satılır. Alıcılar əsasən qazağı və çeçen yəhərinə üstünlük verirlər. Səbəb isə bu yəhərlərin daha rahat olmasıdır.

Yüksək səbr tələb edən bu qədim peşənin özünəməxsus özəllikləri var. Yəhər düzəltmək üçün qış fəsli münasib hesab olunur. Səbəb isə qışda kəsilən ağacın daha yaxşı qurumasıdır. Sənətin bütün sirlərinə yiyələnən usta bu sahədə özünə rəqib görmədiyini deyir. 
 
Ustanın davamçısı da var. Həmsöhbətimiz sərraclıq sənətinin incəliklərini oğluna aşıladığını deyir. Qeyd edək ki, qədim xalq sənətini yaşatdığı üçün Nəriman dayı bir neçə dəfə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev və Şəki İcra Hakimiyyətinin başçısı Elxan Usubov tərəfindən diplom və hədiyyələrlə mükafatlandırılıb.

Milli.Az

Внимание! У вас отключен JavaScript, или установлена старая версия проигрывателя Adobe Flash Player. Загрузите последнюю версию флэш-проигрывателя.
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.