Video

Tbilisi prospektində belə qəza görülmədi - VİDEO

28 Fevral 2015 12:25
0 Şərh     Baxış: 5 706
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Öz yolundan çıxıb hündür bardürdən aşdı və əks yolda hərəkət edən maşına dəymədən dayandı
Milli.Az avtosfer.az-a istinadən Bakıda baş vermiş daha bir yol qəzasının videosunu təqdim edir. Yağışlı havada sürət həddini aşmağın təhlükəli tərəfini göstərən bu videodan da görünür ki, yol yaşdır, deməli, sürüşkəndir. Lakin ağ rəngli avtomobilin sürücüsü hava şəraitinə əhəmiyyət vermədən Tbilisi prospektində yüksək sürətlə hərəkət edir. Qəflətən qarşısına çıxan maneədən yayınmaq istəyərkən avtomobil yerində oynayır və bardürə çırpılaraq əks yola çıxır. Əks yolda hərəkət edən "Mersedes"lə toqquşma təhlükəsi olsa da, həmin avtomobilin sürücüsünün ayıqlığı nəticəsində qəzadan yayınmaq mümkün olur. Ağ rəngli avtomobil isə əks yoldakı bardürə dəyərək dayanır.

DİN-in "Təhlükəsiz şəhər" kameraları vasitəsilə qeydə alınan həmin qəzanın videosunu təqdim edirik.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin.

фото
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.