Video

Sataşdığı qadın öz anası çıxdı... - VİDEO

27 Yanvar 2015 10:26
1 Şərh     Baxış: 3 246
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Analar hiddətlənərək onları yolun ortasında çantaları ilə döyüblər

Limanın paytaxtı Peruda hər 10 qadından yeddisi küçədə gəzərkən kişilərin sataşmasına məruz qalır.

Anspress-in məlumatına görə, ölkədəki telekanallardan biri bu mövzunu ələ alaraq kişilərə öz anaları tərəfindən qeyri-adi kamera zarafatı hazırlayıb.

Oğullarının qadınlara sataşıb-sataşmadığını öyrənmək istəyən iki qadın bu çəkiliş üçün könüllü olub. Başlarına parik keçirən, makiyajla üzlərini dəyişdirən və açıq paltarlar geyinən qadınlar küçədə oğullarının dayandığı yerdən keçiblər. Hər iki kişi tanımadıqları analarına söz atıb və hər şey bundan sonra başlayıb.

Oğullarını məzəmmət edən analar hiddətlənərək onları yolun ortasında çantaları ilə döyüblər. Orta yaşlı kişilərin özlərini analarının zərbələrindən qorumağa çalışdığı anlar isə gizli kamera tərəfindən çəkilib.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin.
фото
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.