Video

Türk müğənninin canlı yayımda sinəsi açıldı - VİDEO

25 Yanvar 2015 13:15
14 Şərh     Baxış: 23 028
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Okan Bayülgenin aparıcısı olduğu "Dada Dandinista" proqramında maraqlı anlar yaşanıb.

Milli.Az Milliyet-ə istinadən bildirir ki, qonaqlardan biri, müğənni Sibel Meriçin canlı yayımda sinəsi açılıb, izləyicilər Twitter vasitəsilə yüzlərlə mesaj ataraq hiddətlərini bildiriblər.

Müğənninin ağ donunun onsuz da dərin olan dekoltesi veriliş zamanı bir az da sürüşüb və sahibini biabır edib. Tamaşaçılar bu barədə xəbərdarlıq edincə Okan Bayülgen: "Nə var? Proqrama niyə müdaxilə edirsiniz?" - deyə təpki göstərib.
 
Digər qonaq, müğənni Ebru Yaşar: "Sinəni bağla dedi, buradan eşitdim", - deyincə Bayülgen ona da sərt cavab verib. ""Sinəni bağla" dedi? O kimdir ki, proqrama "sinəni bağla" deyə müdaxilə edir? "Sinəni bağla" deyiləcəksə, mən deyərəm. Bayırdan biri gəlib elə deyə bilməz"! - söyləyib.



Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.