Video

Şok kadrlar: yalvarsalar da, güllələndilər - VİDEO

29 İyul 2014 20:04
3 Şərh     Baxış: 3 666
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Suriya və İraq ərazilərinin bir qismini ələ keçirmiş "İraq və Şam İslam Dövləti" (İŞİD) terror qruplaşmasının daha bir qırğın videosu yayılıb.
 

Milli.Az DHA-ya istinadən bildirir ki, İŞİD-in dünən yaydıqları bu video İraqın Mosul şəhərində çəkilib. "Maliki əsgərlərinin qırğını" adlanan videoda İraq silahlı qüvvələrinin hərbçiləri və polisləri arasında İŞİD-ə əsir düşənlər əks olunub.
 

İŞİD terrorçuları əsirləri maşınlara dolduraraq şəhər kənarına aparıblar. Maşınlar ünvana çatanda əsirlər avtomobillərdən düşürələrək ağzı üstə yerə yatırılıblar.
 

Əsirlər İŞİD yaraqlılarına yalvarsalar da, bir nəticə hasil olmayıb. Əsir hərbçilərdən biri İraqın baş naziri Malikiyə söyməyə, "Dövlətül islam!" bağırmağa başlayıb və ağlayıb.
 

İŞİD terrorçuları bu şəxsləri amansızlıqla güllələyirlər.
 

Milli.Az




 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.