İdman

Kral Kuboku: Dubl edən Ronaldunu başından vurub yerə sərdilər - VİDEO - FOTO

12 Fevral 2014 10:06
21 Şərh     Baxış: 4 037
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İspaniya Kral Kubokunun finalçısı bəlli oldu. Milli.Az xəbər verir ki, ""Real Madrid" səfərdə qələbə qazanaraq finala yüksəlib. "Land of Fire Azerbaijan" formalı futbolçular hələ ilk oyunda biabırçı hesabla məğlub olmuşdu. Dünən "Atletiko Madrid" möcüzə etməli idi ki, finala yüksəlsin. Ev sahiblərinin ümidlərini Kriştianu Ronaldu ilk dəqiqələrdən puç etdi. Matç zamanı qalmaqallı an da yaşanıb. "Atletiko Madrid" azarkeşlərinin tribunadan atdıqları alışqan Ronaldunun başına dəyib. O özünü itirərək yıxılıb və bir neçə dəqiqə sonra qalxa bilib.

Bu axşam "Real Madrid"in finalda rəqibi bilinəcək. "Barselona" ilk oyundan səfərdə inamlı qələbə qazanıb. Çox güman edilir ki, "El Klassiko" finalı olacaq. 


12 fevral


İspaniya kuboku, yarımfinal mərhələsi

Atletiko Madrid - Real Madrid - 0:2 (İlk oyun - 0:3)
Qollar:
Ronaldo, 7-pen. (0:1), 16-pen. (0:2)

13 fevral


01:00. Real Sosyedad - Barselona (İlk oyun - 0:2)

Tuncay
Mİlli.Az

Böyütmək üçün şəkillərə klikləyin.




Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.