6 aylıq şahzadə Corcun anasının yazmağa başladığı kitabın adı: "Yarışdakı həyat: Kral Hərbi-Hava Qüvvələrinin kapitanının xanımı" adlanır.
Milli.Az Daily Mail-ə istinadən bildirir ki, kitabda Keyt doğulduğu Anqlsi qraflığındakı həyatından, sonra ailə yaşamından bəhs edəcək.
2015-ci ilin mayında çap ediləcək kitabın satışından əldə ediləcək gəlirlər "Kral HHQ Assosiasiyası" fondu və BBC-nin xeyriyyə fondunun hesablarına keçiriləcək.
Dünən isə Keyt Middlton Britaniya Milli Portret Qalereyasına vəsait toplanışı üçün keçirilən xeyriyyə gecəsində idi.
K.Middltonun boynunda Britaniya taxt-tacının varidatı sayılan "Nizam Heydərabad" brilyant-almaz kolyesi görünüb.
Bu kolye Britaniya kraliçası 2-ci Yelizaveta ərə gedəndə, 1947-ci ildə ona hədiyyə olunmuşdu.
Qonaqlar arasında Devid Beyli, Olimpiya çempionu Ketrin Qreyncer və aktrisa Liz Hörli də vardı.
Milli.Az
Böyütmək üçün şəkillərə klikləyin.