Maraqlı

Bu adam özünü "İblis"ə çevirdi - VİDEO - FOTO

12 Fevral 2014 10:00
0 Şərh     Baxış: 1 955
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Britaniyanın Kent qraflığında yaşayan rəssam tatuaj və pirsinq həvəskarıdır. Lakin onu özü kimilərindən köklü şəkildə fərqləndirən əsas məqamlardan biri ifrata varmasıdır. Daha doğrusu, özünü "Diablo Delenfer" adlandıran rəssam indiyədək dəfələrlə cərrahiyyə əməliyyatlarına məruz qalaraq simasını "İblis sifəti"nə çevirməyə çalışır.
 

Milli.Az Daily Mail-ə istinadən bildirir ki, "Diablo"nun dediyinə görə, simasının dəyişdirilməsi üçün indiyədək 10 min funt-sterlinqdən çox pul xərcləyib.

"Dəyişiklik prosedurları" arasında göz bəbəklərinin qırmızı rəngli tatuajı, dilin ikiyə bölünməsi və alın dərisinin altına sümük implantatların tikilməsi də vardı. Bu əməliyyatlar narkozla aparılıb.
 

Narkozsuz əməliyyatlar isə üz, boyun, çiyin və qollara çoxsaylı tatuajların vurulması idi.

"Diablo Delenfer" saçlarını belə dəyişmək üçün başında dərinin altına metal çöplər qoydurub.
 

Əsl ad və soyadı Qevin Preslou olan "Diablo Delenfer"in dediyinə görə, Velzevula, yəni İblisə bənzəmək istəyir.

"Bütün bunları bilərəkdən, şüurlu şəkildə etməliyəm. Ağrıdan da qorxmuram. Çünki əgər sən İblis-adamsansa, ağrının təsirindən çəkinməyə dəyməz. İblisə bənzəmək istəyirəm, çünki belə yaşam daha maraqlıdır", - 43 yaşlı Q.Preslou söyləyib.
 

Onun sözlərinə görə, vücuduna əsərlər yaratmaq vasitəsi kimi baxır: "Bədənimin modifikasiyası ilk baxışdan qəribə, ekssentrik təsir bağışlaya bilər. Lakin bu mənim seçimimdir. İblisə sitayiş etmirəm, satanist deyiləm. Bir qədər əcaib təsir bağışlaya bilərəm. Anlayıram".
 

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.




Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.