Hadisə, Kriminal

Bakıda "cip"lərin gecə döyüşü - VIDEO

12 Noyabr 2013 12:45
0 Şərh     Baxış: 3 908
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakıda "cip"lərin "sürət sevgisi" toqquşma ilə nəticələnib

Trend xəbər verir ki, gecə saatlarında paytaxtın mərkəzindəki yolayrıcıların birində sürətlə hərəkət edən "cip" qaydanı pozaraq işıqforun qırmızı işığında hərəkətini davam etdirib və bu zaman sol tərəfdən gələn digər "cip"lə toqquşub. Qəza zamanı zərbənin təsirindən qaydanı pozan "cip" digərini 360 dərəcə yerində fırladıb.

Milli.Az Trend-ə istinadən həmin qəzanın video görüntüsünü təqdim edərək bir daha sürücüləri yollarda diqqətli olmağa və yol hərəkəti qaydalarına əməl etməyə çağırır.

Qeyd edək ki, 2013-cü ilin əvvəlindən bu günə qədər Bakı şəhəri üzrə baş vermiş 870 yol-nəqliyyat hadisəsi nəticəsində 282 nəfər həlak olub, 891 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yol-nəqliyyat hadisələrinin 51 faizi avtomobillərin yüksək sürətlə idarə olunması, 23 faizi yolayrıcıları keçmə qaydalarının pozulması səbəbindən baş verib.

Milli.Az


Videonu izləmək üçün aşağıdakı şəklə klikləyin.


Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.