Şou-biznes

Nadir Qafarzadə hamıdan gizlətdiyi oğluna qovuşdu - VİDEO - FOTO

7 Oktyabr 2013 09:30
0 Şərh     Baxış: 9 356
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ata ilə oğulun görüşündə nələr baş verdi?

Milli.Az xəbər verir ki, rejissoru Aynurə Tahirqızı, aparıcısı Zaur Nəbioğlu, redaktoru Anara Tahirqızı, müxbiri Aytac Bayramzadə olan "Pərdə" verilişi bu həftə fərqli formatda və fərqli vaxtda görüşünüzə gələcək. Odur ki, yalnız bu həftə 8 oktyabr 18:15-də Lider TV-də "Pərdə" verilişini izləyə bilərsiniz.

Çox maraqlı və gündəmdə danışılacaq söhbətlər... Nadir Qafarzadə ilə olan bu verilişi qaçırmaq olmaz.

Namiq Qaraçuxurlunun gündəmə gətirdiyi söhbətə Nadir nə dedi? O, Namiqə dəstək çıxdımı?

Tanınmış müğənnilərdən birinin atmacası Nadirinmi ünvanınadır?

Baloğlan Əşrəfov Canəli Əkbərovun özlərinə nömrə 1 demələrinə Nadirin sözü nə oldu?

Nadir Gülyaz Məmmədovanı sevən Teymur Əmraha görə xanım müğənniyə elçi düşəcəkmi? Və daha nələr-nələr...

Ən sonda isə illər əvvəl Nadirin dediyi və illər əvvəlin çox danışılan söhbəti yenidən gündəmə gələcək. Nadir hamıdan gizlətdiyi qeyri-rəsmi oğlunu nəhayət ki, 23 ildən sonra üzə çıxaracaqmı? Çəkiliş məkanına dəvət olunan 23 yaşlı və "Mən Nadirin oğluyam, onu görmək istəyirəm!" deyən gənc kimdir? Bütün pərdələr qalxıb həqiqət üzə çıxacaq! Bir sözlə, növbəti gündəmə hazır olaq!

Odur ki, "Pərdə" 8 oktyabr saat 18:15-də, fərqli vaxtda, ancaq bu həftəlik, eyni məkanda - Lider TV-də!

Məlumat üçün bildirək ki, verilişin informasiya dəstəyi Milli.Az-a məxsusdur.

Milli.Az



Böyütmək üçün şəkillərə klikləyin.

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.