Şou-biznes

Ayanla Nadirin dueti oğurluqdur? - VİDEO

6 Oktyabr 2013 09:30
3 Şərh     Baxış: 2 630
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Müğənni Nadir QafarzadəAyan Babakişiyevanın ifa etdiyi "Sənin üçün" dueti ətrafındakı qalmaqal bitmək bilmir.

Axşam.az-ın məlumatına görə, meyxanaçı Samirə aid olan bəstənin türkiyəli mərhum ifaçı Barış Akarsunun "Rüzgar" mahnısına bənzədiyi deyilib.

Müğənni Ayan "Xəzər" telekanalında yayımlanan "Star life" verilişinə müsahibəsində heç bir bənzərlik olmadığını iddia edib:

"Heç bənzərlik yoxdur. Hansı mahnı hit olursa, onun haqqında bu cür söz-söhbətlər çıxarırlar. Sevilən mahnı haqqında belə mənfi fikirlərin deyilməsi adamı yorur".

Nadir Qafarzadənin prodüseri Rövşən Cəfərov isə oxşarlığı bəstənin Türkiyədə aranjman olunması ilə əlaqələndirib:

"Sənin üçün" Türkiyədə aranjman olunub. Buna görə, bəzi yerlərdə bənzərlik ola bilər. Amma eyni mahnı deyil".

Milli.Az



Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.