İdman

"Qalatasaray"ın əfsanəsinə 3 il həbs: onun villaları satışa çıxarıldı - YENİLƏNİB - FOTO

5 Mart 2014 12:45
0 Şərh     Baxış: 1 751
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Qalatasaray"ın canlı əfsanəsi həbs olundu


12:45

Milli.Az Libertatea-ya istinadən bildirir ki, İspaniyanın "Barselona", Türkiyənin "Qalatasaray" klubları və Rumıniya yığmasının sabiq ulduzu, "Giqa" ləqəbli George Popesku barədə məhkəmə hökmündən apellyasiya verilə bilməz.

Məhkəmənin qərarında bildirilir ki, 1999-2005-ci illərdə 12 futbolçunun transferlərində fırıldaqlar etmiş G.Popesku çirkli pulları yumaqla yanaşı, vergilərdən də yayınıb.

Popeskunun fırıldaqları nəticəsində Rumıniya Futbol Federasiyası 2 milyon, "Dinamo" (Buxarest), "Rapid", "Oselul" və "Qloriya" klubları isə 10 milyon avro itiriblər.

George Popesku 700 min avro məbləğində cərimə də ödəməlidir.

G.Popesku Rumıniya Futbol Federasiyasının prezidenti postuna seçkilərdə favorit sayılırdı.

Buxarest "Dinamo"sunun sabiq prezidenti Kristian Borça bu qalmaqalla bağlı 6 il 4 ay, "Rapid"in sabiq sahibi George Kopos isə 3 il 8 ay müddətinə azadlıqdan məhrum olunub.

Məhkəmə başa çatandan sonra onlar Buxarest həbsxanasına aparılıblar.

Bu arada o da bəlli olub ki, 46 yaşlı George Popesku villasını sataraq pulun ailəsində qalmasına çalışıb.

Villa 700 min avrodan satışa çıxarılıb.

Popeskunun Rumıniyanın Konstansa, Fransanın Kaso, İspaniyanın Palma di Mayorka şəhərlərində də villaları var.

Həmin villaların da satılaraq pulların Popeskunun övladları NikolayMariyaya veriləcəyi vurğulanır.

----------
11:56

"Qalatasaray" və Rumıniya millisinin sabiq futbolçusu George Popesku 3 il 1 ay həbs cəzası alıb.

Milli.Az xəbər verir ki, rumıniyalı  transferlərdə qanunsuzluq etməsi və vergidən yayındığı üçün həbs olunub.  O, 1999-2005-ci illərdə 12 transferdə maliyyə saxtakarlığına  yol verməkdə günahkar bilinib.

Popesku futbolçu karyerası ərzində PSV, "Tottenhem", "Barselona", "Qalatasaray" kimi klubların şərəfini qoruyub.  O, "aslanlar"ın heyətində onların  2000-ci ildə UEFA Kubokunu qazanmasında böyük rol oynayıb.

George Rumıniya (1988), Hollandiya (1991, 1992), Türkiyə (1998, 1999, 2000) çempionudur. Rumıniya Kubokunu (1988), İspaniya Kubokunu (1997), Hollandiya Superkubokunu (1997) qazanıb.

Tuncay

Milli.Az

---------
12:45

Böyütmək üçün şəkillərə klikləyin.

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.