Dünya

Türkiyəli müğənni özünü yenə də biabır etdi - VİDEO

4 Fevral 2014 11:16
1 Şərh     Baxış: 4 051
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Türkiyənin tanınmış müğənnisi Tuba Ekinci növbəti dəfə canlı efirdə özünü biabır edib.

Anspress-in xəbərinə görə, telekanallardan birində müğənni Gülben Ergenin qonağı olan Tuba Ekinci proqramda Yıldız Tilbenin "Delikanlım" mahnısını oxuyub.

Qəribədir ki, mahnı fonoqramla səsləndirilsə də, müğənni bundan xəbərsiz olub və hesab edib ki, canlı ifa edir. Çünki Tuba Ekinci yerində oturduqdan sonra da mahnının səsləndirilməsi davam edib. Müğənni yenidən ayağa qalxıb və mikrofonu ağzına tutaraq "oxumağa" davam edib.

Bu dəfə isə "Delikanlım" mahnısı remiks formatda davam edib.

Xatırladaq ki, yaxın günlərdə Tuba Ekinci telekanallardan birində Bülent Ersoyun qonağı olmuş, bu vaxt ifa etdiyi mahnıya onun səsi çatmamışdı.

Milli.Az


Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.