Dünya

Rza Zərrabın azadlıq tələbi rədd edildi

3 Yanvar 2014 17:20
0 Şərh     Baxış: 1 672
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Türkiyədə rüşvət əleyhinə aparılan irimiqyaslı əməliyyatlar çərçivəsində tutulan iş adamı Rza Zərrabın saxlanılmasına qarşı edilən etiraz qəbul olunmayıb.

Trend "Anadolu" agentliyinə istinadən xəbər verir ki, İstanbul prokurorluğunda aparılan araşdırma çərçivəsində 21 dekabrda tutulmasına qərar verilən iş adamı Rza Zərrabın vəkili Şeyda Yıldırım tərəfindən iş adamının saxlanılmasına edilən etiraza 25-ci Sulh Cəza Məhkəməsində baxılıb.
 

Məhkəmə qəbul etmədiyi təxliyə tələbini araşdırma sənədləri ilə birgə daha yuxarı məhkəmə olan 8-ci Asliyə Cəza Məhkəməsinə göndərib.

Etiraz müraciətinə baxan 8-ci Asliyə Cəza Məhkəməsi R.Zərrabın tutulmasına qarşı etirazı qəbul etməyib və onun saxlanılmasının davam etdirilməsini qərara alıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.