İdman

"Mən özüm-özümə mane olurdum"

24 Dekabr 2011 19:39
0 Şərh     Baxış: 162
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
"Kəpəz"in hücumçusu Yuri Fomenko Premyer Liqanın 18-ci turunun "Neftçi" ilə oyunundan (0:2) sonra azerisport.az saytının suallarını cavablayıb.
 
- Mövsümün əvvəlində "Kəpəz" hamıdan çox qol vururdu, indi isə hamıdan çox top buraxır. Səbəb nədir?

- Biz elə mövsümün əvvəlində də çox qol buraxırdıq. Amma eyni zamanda da vura bilirdik. Amma sonradan yalnız öz qapımızdan qol buraxmağa başladıq. Bu, çox pisdir. Axı biz hamıdan çox qol buraxmaq üçün yarışmırıq. Amma düşünürəm ki, bizdə hər şey yaxşı olacaq. Baxaq görək qışda komanda necə hazırlaşa biləcək. Oyun keyfiyyətlərimizi mütləq yaxşılaşdırmalıyıq.
 
- Yəqin ki, "Neftçi" ilə son oyundan daha çox "Sumqayıt Şəhər"lə "Xəzər Lənkəran"a böyük hesablı (1:4) yenilgilər daha üzücü oldu?

- Bizim üçün sumqayıtlılara məğlubiyyət ümumiyyətlə şok oldu. Sanki başımıza soyuq su tökmüşdülər. Halbuki, oyuna yaxşı başlamışdıq. Hesabı da biz açmışdıq. Amma sonradan hər şey dəyişdi və dörd qol buraxdıq. Amma bu, futboldur. Belə şeylərdən qaçmaq olmur.
 
- "Neftçi"yə məğlubiyyətlə bağlı nə deyə bilərsiz?

- "Neftçi"yə qarşı da pis oynadıq. Əlbəttə, özümüzü daha yaxşı tərəfdən də göstərə bilərdik. Hər halda rəqibimiz bu qarşılaşmada layiqli qələbə qazandı.
 
- Bu görüşdə komandanızda nə çatışmırdı?

- Etiraf edim ki, mən özüm də bilmirəm ki, bizdə nə çatışmır. Ümumiyyətlə, son matçlarda oyunumuz sanki getmir. Amma tezliklə komandamızda hər şeyin yoluna düşəcəyinə inanıram.
 
- Son dövrlər "Kəpəz"dən xeyli oyunçu ayrıldı. Bütün bunlar da komandada əlavə problemlərə yol açmırdı ki?

- Bilirsiz, mənim işim meydana çıxıb oynamaq, qol vurmaqdır. Qalan şeylər, kimin nə danışması isə məni maraqlandırmır. Əsas öz oyunumu göstərməyimdir.

- Mövsümün geridə qalan dövrünü necə qiymətləndirərdiz?

- Mövsümə heç də pis başlamamışdıq. Yaxşı sürət yığmışdıq. Amma sonradan hər şey tərsinə cərəyan etməyə başladı. Ona görə də bütövlükdə yaxşı çıxış edə bilmədik. Əminəm ki, bundan xeyli yaxşı nəticələr qazana bilərdik.
 
- Bəs bu müddət ərzindəki öz oyununuzla bağlı nə deyərdiniz?

- Konkret öz oyunumdan da tam razı deyiləm. Bilirəm ki, daha yaxşı ola bilərdi.
 
- Sizə özünüzü göstərməyə nə mane olurdu?

- Heç özüm də bilmirəm. Mən özüm özümə mane olurdum.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.