İdman

Maqnus Karlsen çempion titulunu qorudu

23 Noyabr 2014 21:04
0 Şərh     Baxış: 672
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Norveçli qrossmeyster Maqnus Karlsen şahmat üzrə dünya çempionu titulunu qoruyub.
 

O, Rusiyanın Soçi şəhərində keçirilən matçın 11-ci martiyasında şahmat tacına iddialı hindistanlı Vişvanatan Anandı məğlub edib.

Milli.Az Reuters-ə istinadən bildirir ki, Karlsen rəqibini 6,5:4,5 hesabla üstələyib.
 

Həlledici qarşılaşmada rəqiblər ispan partiyasının "Berlin divarı"nı oynayıblar. 3 saat ərzində şahmat taxtasında mübarizə bərabər olub. Lakin Anand tipik kombinasiya keçirənjən sonra Karlsen irəli çıxıb.
 

Karlsen ötən il Hindistanda Anandı 6,5:3,5 hesabla məğlub edərək dünya çempionu olmuşdu.
 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.