İdman

"İnter" Medeli Türkiyə klubuna satır

29 İyun 2017 14:29
0 Şərh     Baxış: 892
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Çili millisinin yarımmüdafiəçisi Qari Medel karyerasını Türkiyə Superliqasında davam etdirə bilər.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, "İnter" 29 yaşlı havbek "Trabzonspor"a satmağa razılaşıb. İndi həlledici amil Medelin bu transferə rəyini açıqlamasıdır. "Bordo mavililər" bu transferə görə 5 milyon avro ödəməyə hazırdır.

Medelin adı "Boka Xuniors"la da hallanır. Ona "Zenit" və CSKA da maraq göstərir. Ötən həftə "Trabzonspor"un prezidenti Muharrem Usta Milana getmiş və Yuray Kuçkanın transferini də müzakirə etmişdi. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.