İdman

"Qəbələ"nin yeni transferi: "Hər şey məndən asılıdırsa..."

29 İyun 2017 13:35
0 Şərh     Baxış: 876
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Qəbələ"yə keçidimin "Reyncers" karyeramın sonu olmadığına ümid edirəm. Bunu zaman göstərəcək.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, bu sözləri "Qəbələ"nin şotlandiyalı yarımmüdafiəçisi Endi Hallidey deyib.

Məşhur "Reyncers" klubuna məxsus olan futbolçu 2017/2018 mövsümünü icarə əsasında ölkəmizdə keçirəcək. Vətənində müsahibə verən Endi "Qəbələ"dəki çıxışının geridönüş üçün əhəmiyyət kəsb etdiyini bildirib: "Ümid edirəm ki, Azərbaycanda hər şey alınsa, bu, baş məşqçidə müsbət təəssürat yaradacaq və növbəti mövsüm üçün onun planlarına daxil olacam. Üzərimdə çox çalışmışam ki, "Reyncers"in əsas heyət üzvünə çevrilim. Buna görə də asanlıqla təslim olmayacam. Ötən mövsümün ikinci yarısında çıxışım istədiyimdən çox-çox uzaq idi. Amma mən yenə də mövsümün 4-5 ayında nümayiş etdirdiyim oyun formamı bərpa edə bilərəm. İnanıram ki, bunu bacarsam, yenə də baş məşqçiyə lazım olacam. İlk növbədə, etiraf edirəm ki, ötən mövsümün 2017-ci ilə aid olan hissəsində yaxşı formada deyildim. Amma formamı bərpa etmək gücündə olduğumu bilirəm. Əgər hər şey məndən asılıdısa, deməli "Reyncers" karyeram bitməyib".
 
Qeyd edək ki, Endi ötən mövsüm Şotlandiya çempionatında 32 oyun keçirib, 3 qol vurub. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.