İdman

"Liverpul" London klubundan futbolçu almaq istəyir

29 İyun 2017 12:58
0 Şərh     Baxış: 477
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Liverpul" gənc yarımmüdafiəçi Aleks Oksled-Çemberleyni transfer etmək fikrindədir.

Milli.Az goal.az-a istinadən xəbər verir ki,  "Mersesaydlılar" ona görə 25 milyon funt ödəməyə hazırdır. Çemberleyn "Arsenal"la yeni müqaviləni razılaşdıra bilmir. London klubu ona həftəlik 80 min funt məvacib ödəmək istəyir. Müqaviləsi 2018-ci ilin yayında başa çatacaq ingilis havbek isə buna razı deyil. "Liverpul" onunla bağlı məsələni yaxından izləyir.

Ötən mövsüm 45 rəsmi oyunda meydana çıxan Çemberleyn 6 qol, 11 məhsuldar ötürmə ilə yadda qalıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.