İdman

Çili finalda - VİDEO

29 İyun 2017 12:56
0 Şərh     Baxış: 960
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

FİFA Konfederasiyalar Kuboku-2017-də yarımfinal mərhələsinə start verilib.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, artıq ilk finalçının adına aydınlıq gəlib.

Portuqaliya yığması həlledici matça yüksəlmək üçün Çili ilə üz-üzə gəlib.
 
 A qrupunda mübarizə aparan Kriştianu Ronaldolu Portuqaliya ilk görüşdə Meksika ilə qollu bərabərə (2:2) qaldıqdan sonra Rusiya (1:0) və Yeni Zelandiya (4:0) üzərində qələbə qazanaraq, yarımfinala lider kimi adlayıb.
 
Çili isə B qrupunu ikinci pillədə başa vurub. Cənubi Amerika təmsilçisi Almaniya və Avstraliya ilə (1:1) heç-heçə və Kamerun üzərində (2:0) qalibiyyət sayəsində yoluna davam edib.
 
Görüşdə isə həm 90 dəqiqə, həm də əlavə olunmuş 30 dəqiqədə qol olmayıb. Belə olan halda qalibin adına penalti seriyasında aydınlıq gəlib.
 
Çilinin qapıçısı Bravo Portuqaliya millisinin üç futbolçusu - Quaresma, Moutinyo və Naninin zərbəsini dəf edərək komandasını finala yüksəldib.
 
FİFA Konfederasiyalar Kuboku-2017
Yarımfinal 
28 iyun
 
Portuqaliya - Çili - 0:0 (penltilər: 0:3)
 
Baş hakim: Alireza Faqani (İran)
Kazan. "Kazan Arena"

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Как вратарь победил Роналду и Португалию на Кубке конфедераций

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.