İdman

Azərbaycan sərbəst güləş yığması Avropa çempionatında ikinci yeri tutub

29 İyun 2017 08:38
0 Şərh     Baxış: 834
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Almaniyanın Dortmund şəhərində keçirilən gənclər arasında Avropa çempionatında Azərbaycan sərbəst güləşçiləri 3 qızıl, 2 gümüş və 1 bürünc medal qazanıb.

Milli.Az "Report"a istinadən bildirir ki, qızıl medallara Əfqan Xaşalov (55 kq), Əli Rəhimzadə (60 kq) və Hacımurad Məhəmmədsəidov (84 kq) sahib olub. Şahin Muxtarov (50 kq) və Mahal Novruzov (66 kq) gümüş, Məhəmmədrəsul Qazıməhəmmədov (96 kq) isə bürünc medal əldə edib.
Bu nəticə ilə Azərbaycan yığması çempionatı komanda hesabında 58 xalla ikinci pillədə tamamlayıb. 67 xal toplayan Rusiya birinci, 52 xal toplayan Gürcüstan isə üçüncü pillədə qərarlaşıb.
Qeyd edək ki, ötənilki Avropa çempionatında Azərbaycanın sərbəst güləş komandası 2 qızıl və 4 bürünc medalla komanda hesabında üçüncü olub.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.