İdman

Fasilə başa çatdı, həyəcana davam - YENİLƏNİR

27 İyun 2017 21:43
0 Şərh     Baxış: 2 515
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu gün avrokuboklarda yeni mövsümə start veriləcək.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki,qitə miqyaslı turnirlərdə hökm sürən 23 günlük sükuta Çempionlar Liqasının oyunları ilə son qoyulacaq.
 
Avrokuboklar hələlik yalnız "zəiflər" üçün start götürəcək.
 
Belə ki, I təsnifat mərhələsində ən aşağı reytinqli 10 çempionatın qalibi çıxış edir. Lakin bu 5 cütün qarşılaşmaları təkcə 10 iştirakçı deyil, həm də onları II təsnifat mərhələsində gözləyənlər üçün maraqlıdır.
 
Bu gün start götürəcək I təsnifat mərhələsinin ilk qarşılaşmaları iki gün davam edəcək. Matçlardan 4-ü bu gün, biri isə sabah keçiriləcək. Bir həftə sonra baş tutacaq cavab oyunları sərfəli nəticə əldə etmək arzusunda olanlardan biri avrokuboklara yeni buraxılan Kosovo təmsilçisidi. Bu matç bir sıra ölkələrdə tanınmayan dövlətin debütü ilə əlamətdar olacaq.
 
Həmçinin postsovet məkanı təmsilçilərindən Estoniya, Ermənistan, şimal ölkələrindən Farer adaları, Uels, Şimali İrlandiya, həmçinin cırtdanlar San-Marino, Andorra, Cəbəllütariq və Maltanın klubları mərhələ keçmək üçün mübarizə aparacaq.
 
 
Çempionlar Liqası
 I təsnifat mərhələsi, ilk oyunlar
27 iyun

 
20:00. "Alaskert" (Ermənistan) - "Santa-Koloma" (Andorra)
22:00. "Vikinqur" (Farer adaları) - "Trepça" (Kosovo)
22:00. "Hibernians" (Malta) - "İnfonet" (Estoniya)
22:00. TNS (Uels) - "Europa" (Cəbəllütariq)

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.