İdman

Pato: "Real"a keçə bilərdim, amma üstünlüyü "Milan"a verdim"

27 İyun 2017 15:48
0 Şərh     Baxış: 869
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

2007-13-cü illərdə "Milan"ın şərəfini qorumuş Aleşandre Pato bir neçə il öncə "Real"dan da təklif aldığını bildirib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, hazırda "Tianjin Quanjan" klubunun şərəfini qoruyan 27 yaşlı hücumçu "rossoneri"ni daha güclü olduğuna görə seçdiyini etiraf edib.

"17 yaşımda "Real"a keçə bilərdim, amma üstünlüyü "Milan"a verdim. Həmin vaxt bu komandanın uğurlu dövrü idi. Mümkün olan bütün titulları qazanırdılar. Artıq vəziyyət dəyişib. "Milan" indi başqa komandadır. Komandanın o dövrdəki məşqçisi Karlo Ançelotti mənim müəllimim idi".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.