İdman

Konfederasiyalar Kuboku: Finalçılar müəyyənləşir

27 İyun 2017 14:54
0 Şərh     Baxış: 1 522
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

FİFA Konfederasiyalar Kuboku-2017-də yarımfinal mərhələsinə start verilir.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, sabah ilk finalçının adına aydınlıq gələcək.

Portuqaliya yığması həlledici matça yüksəlmək üçün Çili ilə üz-üzə gələcək. Rusiyaya ideal heyətlə yollanan komandalar turnirin əsas favoritləri hesab edilirdilər. A qrupunda mübarizə aparan Kriştianu Ronaldolu Portuqaliya ilk görüşdə Meksika ilə qollu bərabərə (2:2) qaldıqdan sonra Rusiya (1:0) və Yeni Zelandiya (4:0) üzərində qələbə qazanaraq, yarımfinala lider kimi adlayıb.
 
Çili isə B qrupunu ikinci pillədə başa vurub. Cənubi Amerika təmsilçisi Almaniya və Avstraliya ilə (1:1) heç-heçə və Kamerun üzərində (2:0) qalibiyyət sayəsində yoluna davam edib.
 
İyunun 29-da isə digər yarımfinal qarşılaşması oynanılacaq. Son dünya çempionu Almaniya millisi Meksikanı sınağa çəkəcək. Bundestim turnirə ikinci heyətlə yollandığından, heç də cütlüyün aşkar favoriti sayılmır.
 
Düzdü, Yoahim Lövün yetirmələri qrupda Avstraliya (3:2) və Kamerun (3:1) üzərində qələbə qazanıb, Çili ilə (1:1) bərabərə qalıb. Ancaq Meksika da A qrupunda eyni göstəriciyə imza atıb (Portuqaliya - 2:2, Yeni Zelandiya - 2:1, Rusiya - 2:1).
 
FİFA Konfederasiyalar Kuboku-2017
Yarımfinal

 
28 iyun
22:00. Portuqaliya - Çili
Baş hakim: Alireza Faqani (İran)
Kazan. "Kazan Arena"
 
29 iyun
22:00. Almaniya - Meksika
Soçi. "Fişt" stadionu

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.