İdman

İtaliya klubu satışa çıxarıldı

27 İyun 2017 16:30
0 Şərh     Baxış: 808
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İtaliya A Seriyasından mübarizə aparan "Fiorentina" klubu satışa çıxarılıb.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, klubun sahibi olan Andrea və Dieqo Della Valle qardaşları "bənövşəyilər"i satışa çıxardıqlarını bəyan ediblər. Klubun saytında yayılan məlumatda bildirilir ki, yaşanan narahatlıq və azarkeşlərin təzyiqi səbəbi ilə Florensiya təmsilçisinə yeni sahib axtarılır. Della Valle ailəsi ciddi  təkliflərin sahibləri ilə görüşmyə hazır olduqlarını bəyan edib:

"Klubun sahibləri tərəfdarların məmnuniyyətsizliyi səbəbindən "Fiorentina"nı doğru şəkildə idarə edə biləcəyinə inanan və almaq istəyənlərlə görüşməyə hazırdı. Artıq bu komandaya daha çox uğur qazandıracağına inananların bir addım önə çıxması zamanıdı". Della Valle qardaşları "Fiorentina"ya 2002-ci ildən sahiblik edir. İtaliya mətbuatının yaydığı məlumata görə, sözügedən ailə indiyə qədər kluba 220 milyon avrodan çox sərmayə yatırıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.