İdman

"Qarabağ"ı üstələmək üçün bütün gücümüzü ortaya qoyacağıq"

27 İyun 2017 15:12
0 Şərh     Baxış: 1 302
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Samtredia"nın yeni transferi Nika Sabanadze ölkəsinin mətbuatına müsahibə verib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, gürcü hücumçu müsahibə zamanı Çempionlar Liqasının ikinci təsnifat mərhələsində qarşılaşacaqları "Qarabağ"la oyun haqda da danışıb.

"Samtredia" ilə noyabr ayına qədər müqavilə imzalayan hücumçu bildirib ki, mərhələ keçmək üçün əllərindən gələni edəcəklər: "Qarabağ"  güclü komandadır. Ancaq bizim də şansımız var. Əlimizdən gələni edəcəyik. Ümumiyyətlə, "Qarabağ"ı üstələmək üçün bütün gücümüzü ortaya qoyacağıq. İnanıram ki, bunu bacara bilərik".

Qeyd edək ki, "Qarabağ"la "Samtredia" arasında ilk oyun iyulun 11-də Azərbaycanda, cavab qarşılaşması isə bir həftə sonra Gürcüstanda keçiriləcək.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.