İdman

Sabiq "Liverpul"lu xizək yarışlarında qüvvəsini sınayacaq

27 İyun 2017 17:12
0 Şərh     Baxış: 531
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Liverpul" və Norveç millisinin sabiq futbolçusu Yon-Arne Riise xizək idmanına qoşulub.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, Riise 2010-cu il Olimpiya çempionu Osteyn Pettersenin komandasına daxil edilib. O, "BN Bank" komandası ilə iyulda keçiriləcək xizək festivalında iştirak edəcək. Bundan başqa, Riise xizək marafonunda da mübarizə aparacaq. Norveçli müdafiəçi Pettersenlə mərc gəlib ki, finişə çatma vaxtı komandanın digər üzvlərindən 2 dəfədən çox olmayacaq. Yəni komanda marafonu 3 saata başa vursa, o, 6 saata qədər bu işin öhdəsindən gəlməlidir. Riise mərci udsa, Pettersen "futbol bir nömrəli idmandır" yazılı tatuaj etdirəcək.

36 yaşlı Yon-Arne Riise futbol karyerasını 2016-cı ildə yekunlaşdırıb. Onun son klubu Hindistanın "Chennaiyin" klubu olmuşdu.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.