İdman

"Qalatasaray"ın futbolçusu: "Fənərbağça"nın qapısına mütləq qol vuracam"

26 İyun 2017 07:14
0 Şərh     Baxış: 1 039
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

http://www.goal.az/interesting/statement/43347

"Qalatasaray"ın futbolçusu: "Fənərbağça"nın qapısına mütləq qol vuracam"
"Qalatasaray"ın yanvarda PAOK-dan transfer etdiyi Qari Rodriqes iddialı açıqlamalar verib. Milli.Az goal.az-a istinadən xəbər verir ki, gənc yarımmüdafiəçi komanda, baş məşqçi və İstanbul derbisi haqqında fikirlərini bölüşüb.

"Bruma çox səviyyəli futbolçu və "Qalatasaray" üçün vacib isimlərdən biri idi. Azarkeşlər belə oyunçuları sevir. Hər kəsin fərqli xüsusiyyətləri var. Mən də gücümü göstərməyə hazıram. Məndən çox şey gözləmək olar. Fanatların sevdiyi tərzdə futbolçuyam, qeyri-adi şeylər etməkdən qorxmuram. Qışda komandanın heyətinə qoşulmaq asan deyil. "Qalatasaray"da futbolçu kimi nöyümək istəyirəm. Bu klubla çempionluq qazanmaq arzusundayam. Hər kəs baş məşqçimiz İqor tudorun sərt və intizamı sevən mütəxəsis olduğunu deyir. Bu, mənim üçün yaxşıdır. Çalışmağı sevirəm. Tudor nəyə qadir olduğumu PAOK-dan bilir. Ən əhəmiyyətlisi məni bir insan kimi tanıyır. Aramızda gözəl münasibətlər formalaşıb. Uşaq olanda Sneyderi televizordan izləyirdim. İndisə eyni komandada top qovuruq. O, Hollandiya futbolçu üçün böyük əfsanədir. Türk yeməklərini bəyəndim. Ailəm də bura alışıb. İstanbulda tək narahatlığım tıxaclardır.

"Fənərbağça" derbisində qol vurmağın əhəmiyyətini bilirəm. Ötən mövsüm evdə oynadığımız qarşılaşmada (0:1) yaxşı imkan qazanmışdım. Lakin fərqlənə bilmədim. Növbəti mövsümlər üçün azarkeşlərimiz nigaran qalmasınlar. "Fənərbağça"nın qapısına mütləq qol vuracam".

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.