İdman

"Bekhemi uzun müddət gözlədik, sonra Ronaldinyonu transfer etdik"

26 İyun 2017 07:41
0 Şərh     Baxış: 1 085
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Barselona"nın sabiq prezidenti Joan Laporta katalon klubunun 2003-cü ildə Devid Bekhemi transfer etməyə yaxın olduğundan danışıb. Milli.Az goal.az-a istinadən xəbər verir ki, ispaniyalı funksioner bunları deyib:

"2003-cü ildə biz Devid Bekhem, Ronaldinyo və Tyerri Anri arasında seçim etməli olduq. "Manchester United" bildirdi ki, mən prezident seçkilərində qalib olsam, Bekhemi bizə satacaq. Həmin vaxt biz kifayət qədər güclü deyildik. Onlar bizdən istifadə etdilər və nəticədə Bekhemi "Real" aldı. Hitrou hava limanında "United" nümayəndələri ilə görüşüb sənəd imzaladıq. Bu müqaviləyə görə Devidin agenti ilə razılığa gələcəyimiz halda klubu transferə maneçilik törətməyəcəkdi. Amma alınmadı. Onun agenti ilə Nitsada danışıqlar apardıq. Bizə dedi ki, biraz götür-qoy edəcək. Uzun müddət gözləsək də, cavab ala bilmədik. Bundan sonra Ronaldinyonu transfer etmək qərarına gəldik".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.