İdman

Bakı trası sürprizlərlə dolu idi

25 İyun 2017 20:32
0 Şərh     Baxış: 906
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Azsaylı dayanmalara və qəzalara baxmayaraq, mən Azərbaycan Qran Prisində böyük zövq aldım".

Milli.Az xəbər verir ki, bunu 2017 Formula 1 yarışları üzrə Azərbaycan Qran Prisinin qalibi, "Red Bull Racing"  komandasının avstraliyalı pilotu Daniel Rikardo Bakıda keçirilən mətbuat konfransında bildirib.

Onun fikrincə, Azərbaycan Qran Prisi keçən ilkindən fərqli olaraq, xaotik və hadisələrlə zəngin oldu: "Dayanmalar, trasdan kənara çıxmalar, qırmızı bayraqlar çox oldu. Buna baxmayaraq, mən bu trasdan razı qaldım. Biz əla həftəsonu keçirdik".

Onun bu fikirlərini yarışda ikinci olmuş finlandiyalı Valtteri Bottas da dəstəkləyib: "Yarış demək olar ki, dəlicəsinə keçdi. Amma onun ləzzəti də el bundadır. Ötən il Bakıda yarış sadəcə sakit keçdi, bu il o, sürprizlərlə dolu idi".

İlkin İzzət

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.