İdman

Bakıda Formula-2 üzrə ikinci yarış başladı

25 İyun 2017 14:23
Baxış: 685
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu gün saat 14:00-da Bakıda Formula-2 üzrə ikinci yarışa start verilib.

Milli.Az-ın Trend-ə istinadən məlumatına görə, "Rapax" komandasının pilotu Conni Çekotto dünənki insidentdən sonra pit-leyndən start götürəcək. Qeyd edək ki, dünən Conni Çekottonun bolidi ilk yarışın əvvəlində dayanmışdı.

Xatırladaq ki, Formula-2 üzrə ilk yarışda qalib "Prema Racing" komandasının pilotu Şarl Lekler olub. Moneqask bu gün 8-ci yerdən strat götürəcək. 7-ci yerdən ötən gün 2-ci yer tutmuş Nik de Vris (Rapax) start götürəcək. Ötən gün 3-cü yerdə qərarlaşan Nikolas Latifi (Dams) isə 6-cı yerdən start götürəcək.

Yarış 20 dövrə və ya 45 dəqiqə davam edəcək.

Hazırda pilotların mübarizəsində birinci pillədə Leklerk qərarlaşıb (108 xal), 2-ci pillədə "Mans"-ın pilotu Oliver Rouland (80 xal), 3-cü pillədə isə"Russia Time"ın pilotu Artem Makelov (72 xal).

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.