İdman

Britaniyalı qonaq: "Bakıda Formula 1-ə baxmaqdan zövq alırıq"

25 İyun 2017 11:06
Baxış: 1 073
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azəbaycan Formula 1 yarışmasını yüksək səviyyədə təşkil edib, hətta deyərdim ki, təşkilatçılıq digər ölkələrdən yaxşıdır. Burada Formula 1-ə tamaşa etmək bizə xüsusi zövq verir.

Milli.Az xəbər verir ki, bunu Trend-ə Böyük Britaniyadan olan qonaq Alasen Slound deyib.

A.Slound Bakını bəyəndiyini bildirib: "Bakı çox gözəl şəhərdir. Çox istərdim ki, Bakıya yenidən gəlim. Biz ölkəmizə qayıdanda dostlarımıza, yaxınlarımıza Bakının gözəlliyi haqqında danışacağıq və düşünürəm ki, onlar da bura gəlmək istəyəcəklər".

Böyük Britaniyalı qonaq Azərbaycanın milli mətbəxini də bəyəndiyini bildirib.

Qeyd edək ki, iyunun 23-də Bakıda dünyanın ən nüfuzlu idman yarışlarından olan Formula 1 dünya çempionatının 8-ci mərhələsi - Azərbaycan Qran-Prisinə start verilib. İyunun 25-də Formula 1 - Azərbaycan Qran Prisinin qalibi məlum olacaq.

Formula 1 bolidlərinin hərəkət etməsi üçün hazırlanan xüsusi yolun - Bakı Şəhər Halqasının müəllifi Herman Tilkedir. Bir dövrənin uzunluğu 6 kilometrdən çoxdur. Ümumilikdə bolidlər 51 dövrə (120 dəqiqə) vurmalıdırlar.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.