İdman

Formula 1 Azərbaycan Qran Prisinin qalibi kim olacaq? - Bu gün finaldır

25 İyun 2017 09:02
2 Şərh     Baxış: 1 804
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu gün Bakıda Formula 1 Azərbaycan Qran Prisi başa çatacaq.

Milli.Az-ın Trend-ə istinadən məlumatına görə, yarışın son günündə Azərbaycan Qran Prisinin qalibi müəyyənləşəcək.

Pilotların start düzülüşü aşağıdakı kimidir:

1. Luis Hamilton ("Mercedes")
2. Valtteri Bottas ("Mercedes")
3. Kimi Raykkonen ("Ferrari")
4. Sebastian Fettel ("Ferrari")
5. Maks Ferstappen ("Red Bull Racing")
6. Serxio Peres ("Force India")
7. Esteban Okon ("Force India")
8. Lans Stroll ("Williams")
9. Felipe Massa ("Williams")
10. Daniel Rikkiardo ("Red Bull Racing")

Xatırladaq ki, iyunun 23-də Bakıda dünyanın ən nüfuzlu idman yarışlarından olan Formula 1 dünya çempionatının 8-ci mərhələsi - Azərbaycan Qran-Prisinə start verilib.

Formula 1 bolidlərinin hərəkət etməsi üçün hazırlanan xüsusi yolun - Bakı Şəhər Halqasının müəllifi Herman Tilkedir. Bir dövrənin uzunluğu 6 kilometrdən çoxdur. Ümumilikdə bolidlər 51 dövrə (120 dəqiqə) vurmalıdırlar.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.