İdman

Hemilton çıxışını müsbət qiymətləndirib

24 İyun 2017 21:16
Baxış: 725
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Mercedes" komandasının pilotu Lyuis Hemilton Azərbaycan Qran Prisinin təsnifat mərhələsində öz çıxışını müsbət qiymətləndirib.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu gün keçirilən mətbuat konfransında o deyib: "Bu artıq mənim karyeramda 66-cı poul-mövqeyimdir [təsnifat mərhələsinin nəticələrinə görə, avtomobilin ən əlverişli mövqeyi] və mən öz kumirimi Ayrton Sennanı bu göstəriciyə görə qabaqlamışam".

Onun sözlərinə görə, ümumilikdə bu təsnifat onun üçün çox yaxşı alınmayıb.

Pilot bildirib: "Mən poul-mövqəyimi bir anda itirdim. Son dövrəyə daxil olmaq üçün çox böyük təzyiq var idi, özümü toplamaq üçün cəmi bir necə dəqiqə qalırdı. Ona görə də mən əlimdən gələni etməli idim, özümü topladım və sonuncü dövrəni başa çatdırdım".

Öz növbəsində daha bir "Mercedes" komandasının pilotu Valtteri Bottas qeyd edib ki, təsnifat komanda üçün çox yaxşı, lakin onun üçün o qədər də yaxşı başa çatmayıb: "Mən poul qazanmağı çox istəyirdim, ancaq bacarmadım və mən öz nəticəmdən narazıyam. Ancaq komandaya görə çox şadam".

Qeyd edək ki, Bu gün Bakıda Formula 1 pilotlarının sıralama turu başa çatıb.

Təsnifat mərhələsində 10 komandadan 19 pilot iştirak edib.

Yekunda pilotların start düzülüşü müəyyənləşib:

1. Luis Hamilton 1:40.593 ("Mercedes")
2. Valtteri Bottas 1:41.027 ("Mercedes")
3. Kimi Raykkonen 1:41.693 ("Ferrari")
4. Sebastian Fettel 1:41.841 ("Ferrari")
5. Maks Ferstappen 1:41.879 ("Red Bull Racing")
6. Serxio Peres 1:42.111 ("Force India")
7. Esteban Okon 1:42.186 ("Force India")
8. Lans Stroll 1:42.753 ("Williams")
9. Felipe Massa 1:42.198 ("Williams")
10. Daniel Rikkiardo 1:43.414 ("Red Bull Racing")
11. Daniil Kvayt 1:44.186 ("Toro Rosso")
12. Karlos Sains 1:43.347 ("Toro Rosso")
13. Kevin Maqnussen 1:43.796 ("Haas")
14. Niko Hulkenberq 1:44.267 ("Renault")
15. Paskal Verlayn 1:44.603 ("Sauber")
16. Fernando Alonso 1:44.334 ("McLaren")
17. Romen Qrojan 1:44.468 ("Haas")
18. Markus Eriksson 1:44.795 ("Sauber")
19. Stoffel Vandorn 1:45.030 ( "McLaren")
20. Colyon Palmer ----- ("Renault")

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.