İdman

Bakıda Fernando Alonsonun cəriməsi 40 mövqeyə çatıb

24 İyun 2017 19:17
0 Şərh     Baxış: 706
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"McLaren" komandasının pilotu Fernando Alonsonun maşınında güc qurğusunun elementlərini dəyişiblər. Buna görə də o, Formula-1 çempionatının Azərbaycan Qran-Prisinin startında əlavə yerləri itirir.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Fernando Alonso Bakıda həftəsonunu başlayanda bilirdi ki, yenilənmiş MGU-K mühərrik-generatorunun və turbinlərin quraşdırılmasına görə 15 mövqe cərimə ediləcək.

Cümə günü məşqlərində onun maşınına bu motorun yeni variantı qoyulub və beləliklə, mövsüm ərzində istifadəsinə icazə verilən dörd mühərrikin hamısından istifadə olunub. Lakin "Honda"nın əvvəlki spesifikasiyaya qayıtmaq qərarı cəriməyə gətirib çıxarıb. Fernando Alonsonun cəriməsinə daha 25 mövqe əlavə edilib. Onun maşınına yeni daxiliyanma mühərriki (bu il beşincisidir) qoyulub, yeni MGU-K və MGU-H mühərrik-generatorlar, habelə yeni turbin quraşdırılıb. Beləliklə, bazar günü Fernando Alonso startda 40 mövqe itirəcək.

F.Alonsonun ortağı Stoffel Vandorn əlavə 15 mövqe cərimə edilib; onun maşınında MGU-H qurğusunu və turbini dəyişiblər. Belçikalının cəriməsi 30 mövqeyə çatıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.