İdman

Britaniyalı qonaq: "Formula 1 yarışı yüksək səviyyədə təşkil olunub"

24 İyun 2017 12:55
Baxış: 846
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Mən Formula 1 həvəskarıyam. Bakıya ilk dəfədir gəlirəm və etiraf edim ki, Bakı məni çox təəccübləndirdi".

Milli.Az xəbər verir ki, bunu Trend-ə Böyük Britaniyadan olan qonaq Aland Slound deyib.

A.Slound Bakıya ailəsi ilə birgə gəldiyini deyib:

"Biz ailəliklə bir həftəlik turist kimi Bakıya gəlmişik və bəxtimiz gətirdi ki, Formula 1 yarışı burada olduğumuz zaman keçirilir".

Britaniyalı qonaq Bakını çox bəyəndiyini diqqətə çatdırıb:

"Bakı çox gözəl şəhərdir. Bakının belə gözəl və səliqəli şəhər olduğunu bilmirdim, bu, bizim üçün bir sürpriz oldu. Bakıda qədim mədəniyyətlə müasir mədəniyyətin bir harmoniyası var. Paytaxtınız çox gözəl, cəlbedici şəhərdir".

A.Slound Formula 1-in yüksək səviyyədə təşkil olunduğunu bildirib:

"Biz ötən il Avstriya Qran Prisinə baxmaq üçün Avstriyada olduq. Ondan əvvəl isə bu yarışa baxmaq üçün Monte-Karloda olmuşduq. Hesab edirəm ki, burada tamaşaçılar üçün yaradılan şərait, yarışın təşkilatçılıq səviyyəsi biz indiyə qədər olduğumuz yarışlardan daha yaxşıdır".

Qeyd edək ki, iyunun 23-də Bakıda dünyanın ən nüfuzlu idman yarışlarından olan Formula 1 dünya çempionatının 8-ci mərhələsi - Azərbaycan Qran-Prisinə start verilib.

Bu gün üçüncü sərbəst yürüşdən sonra sıralanma turu başlayacaq, yekunda pilotların düzülüşü müəyyənləşəcək. Nəhayət, iyunun 25-də Formula 1 - Azərbaycan Qran Prisinin qalibi məlum olacaq.

Formula 1 bolidlərinin hərəkət etməsi üçün hazırlanan xüsusi yolun - Bakı Şəhər Halqasının müəllifi Herman Tilkedir. Bir dövrənin uzunluğu 6 kilometrdən çoxdur. Ümumilikdə bolidlər 51 dövrə (120 dəqiqə) vurmalıdırlar.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.