İdman

Milli üzvünün yeni klubu müəyyənləşdi

24 İyun 2017 11:39
0 Şərh     Baxış: 781
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Millimizin üzvü Ufuk Budakın yeni komandası müəyyənləşib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, son olaraq "Manisaspor"da oynayan və maliyyə şərtləri ilə razılaşmadığı üçün klubu tərk edən futbolçunun "Adana Dəmirspor"a keçəcəyi deyilsə də, bu keçid son anda baş tutmayıb.

Belə ki, 27 yaşlı müdafiəçi bu gün digər birinci liqa təmsilçisi "Samsunspor"un təlim-məşq bazasında  olub və klubla müqavilə şərtlərini müzakirə edib. Budak I Liqa təmsilçisi ilə razılığa da gəlib. Onun transferi yaxın günlərdə rəsmən açıqlanacaq.

Qeyd edək ki, millimizin heyətində 17 oyun keçirib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.