İdman

Alen Prost: "Formula-1 Azərbaycan Qran-Prisi yüksək səviyyədə təşkil olunub" - FOTO

24 İyun 2017 10:36
Baxış: 886
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İyunun 23-də Fransa səfirliyinin təşkilatçılığı ilə Formula-1 yarışlarının dördqat dünya çempionu "Renault Sport" komandasının məsləhətçisi Alen Prostun mətbuat konfransı keçirilib.

Milli.Az AZƏRTAC xəbər verir ki, Alen Prost deyib: "Azərbaycan Qran-Prisində iştirak etmək böyük şərəfdir. Bütün məsələlər ən yüksək səviyyədə təşkil edilib və texniki baxımdan şəhər yarışa hazırdır. Eyni zamanda, sevindiricidir ki, Formula-1 yarışının coğrafiyası genişlənir".

Əfsanəvi pilot Bakı şəhər trekinin konfiqurasiyasını xüsusi vurğulayaraq bildirib: "Trek uzun və mürəkkəb dar döngələrlə çox maraqlıdır. Hesab edirəm ki, bu, təqvimdə ən çətin və ən maraqlı mərhələlərdən olacaq. Trasın mürəkkəbliyi sərbəst yürüşlərdə baş verən qəzalarda da özünü göstərdi. Ümid edirəm ki, növbəti iki gündə pilotlar səhvlərdən qaça biləcəklər".

Prost qeyd edib ki, Konstruktorlar Kubokunda 7-ci yerdə olan "Renault" komandası 5-ci yer uğrunda mübarizə aparmağa çalışacaq. Lakin o, Bakıda bu məqsədə nail olmağın çətin olduğunu bildirib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.