İdman

Konfederasiyalar Kuboku: Rusiyanın son şansı

24 İyun 2017 09:00
0 Şərh     Baxış: 984
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu gün FİFA Konfederasiyalar Kuboku - 2017-də ikinci tura start veriləcək.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, son iki oyunla A qrupuna yekun vurulacaq.

Son matçlar olduğundan iki qarşılaşma da eyni saatda start götürəcək.
 
İki oyundan sonra 3 xalı olan meydan sahibləri Rusiya millisi 4 xala malik Meksika ilə üz-üzə gələcək. Bu matç ruslar üçün son şansdır. Stanislav Çerçesovun yetirmələri növbəti mərhələyə adlamaq istəyirlərsə, mütləq qələbə qazanmalıdırlar. Əks halda şimal qonşularımız doğma meydandakı yarışa sadəcə azarkeş kimi baxmalı olacaq.
 
Meksikaya isə bu oyunda bərabərlik də bəs edəcək. Amerikalılar digər oyunun nəticəsindən asılı olmayaraq 1 xalla qrupdan çıxacaqlar.
 
Hazırda 4 xalı olan bir digər komanda Portuqaliya isə Yeni Zelandiya ilə qarşılaşacaq. Aşkar autsayder olan okeaniyalıların pireneylilərə problem yaradacağı inandırıcı görünmür.
 
Konfederasiyalar Kuboku - 2017
3-cü tur
24 iyun
 

19:00. Meksika - Rusiya
 
19:00. Yeni Zelandiya - Portuqaliya

1.

Portuqaliya

2

2

1

0

3:2

4

2.

Meksika

2

1

1

0

4:3

4

3.

Rusiya

2

1

0

2

2:1

3

4.

Yeni Zelandiya

2

0

0

2

1:4

0

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.