İdman

"Qəbələ" üzərində qazanılan qələbəyə şərh

23 İyun 2017 14:39
0 Şərh     Baxış: 877
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Ludoqorets"in (Bolqarıstan) baş məşqçisi Georgi Dermenciyev Avstriyada təlim-məşq toplanışı çərçivəsində "Qəbələ"yə 2:0 hesabı ilə qalib gəldikləri yoxlama oyununda sonra Bolqarıstan mətbuatına açıqlama verib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, təcrübəli çalışdırıcı komandasının tam gücü ilə oynamadığını bildirib. 

"Qələbə bizdə özünəinam hissi yaradır. Yüksək səviyyədə oyun oldu və yaxşı mübarizə apardıq. İlk yoxlama oyunu olduğu üçün fiziki cəhətdən hələ ideal vəziyyətdə deyilik. Həm birinci hissədə, həm də ikinci hissədə çatışmayan cəhətlərimiz var idi. Bu, topa sahib olmada özünü daha çox büruzə verirdi. Amma qarşıda hələ 5 yoxlama matçımız var. Fikrimcə, oyundan-oyuna vəziyyət yaxşı olacaq. Bunlar bizə oyun səviyyəmizi yüksəltmək baxımından kömək edə bilər".

Dermenciyev oyun zamanı "Qəbələ"nin futbolçuları ilə mübahisə edən komandanın hücumçusu Conatan Kafu haqda da danışıb: "Oyun zamanı Kafuya qarşı iki dəfə kobudluq edildi. Həmin vəziyyətlərin birində o, zədə aldı. Bu isə ciddi problemdir. Hakim iki dəfə ona qarşı kobudluğa görə cərimə zərbəsi təyin etməli idi".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.