İdman

Formula-2 sərbəst yürüşləri zamanı 2 pilot mübarizəni dayandırdı

23 İyun 2017 12:10
0 Şərh     Baxış: 1 343
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakıda keçirilən Formula-2 avtomobil yarışlarının sərbəst yürüşü zamanı "Trident" komandasının malayziyalı pilotu Nəbil Ceffrinin bolidi dayanıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, trasın ortasında qalan bolid təxliyə edilib.

Kiçik fasilədən sonra yarış bərpa olunub, lakin qısa müddət sonra "Dams" komandasının pilotu Oliver Roulandın bolidi maneəyə çırpılıb.

Hazırda ən yaxşı vaxt "Russian Time" komandasının italyan pilotu Luka Gyottoya məxsusdur. O, 1:55.320 dəqiqə vaxt göstərib.

Qeyd edək ki, iyunun 23-də Bakıda dünyanın ən nüfuzlu idman yarışlarından olan Formula 1 dünya çempionatının 8-ci mərhələsi - Azərbaycan Qran-Prisinə start verilir.

Azərbaycan paytaxtında artıq ikinci dəfədir keçirilən Formula 1 yarışında bu gün pilotların birinci və ikinci sərbəst yürüşləri olacaq. İyunun 24-də üçüncü sərbəst yürüşdən sonra sıralanma turu başlayacaq, yekunda pilotların düzülüşü müəyyənləşəcək. Nəhayət, iyunun 25-də Formula 1 - Azərbaycan Qran Prisinin qalibi məlum olacaq.

Formula 1 bolidlərinin hərəkət etməsi üçün hazırlanan xüsusi yolun - Bakı Şəhər Halqasının müəllifi Herman Tilkedir. Bir dövrənin uzunluğu 6 kilometrdən çoxdur. Ümumilikdə bolidlər 51 dövrə (120 dəqiqə) vurmalıdırlar.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.