İdman

"Barselona" müdafiəçi alır

20 İyun 2017 14:25
0 Şərh     Baxış: 850
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Barselona" rəhbərliyi komandanın müdafiə xəttini gücləndirmək niyyətindədir. 

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, kataloniyalılar "Espanyol"un üzvü Aaron Martinlə maraqlanırlar.

"Barsa"nın yeni baş məşqçisi Ernesto Valverde rəhbərliklə söhbətində 20 yaşlı futbolçunun alınmasını istəyib. Bundan sonra hərəkətə keçən klub rəsmiləri qarşı tərəflə danışıqlara start veriblər. Son mövsümdə özünü yaxşı tərəfdən göstərən Martinin adı bir müddət öncə Madrid "Real"ı ilə birgə hallanırdı. "Espanyol" rəhbərliyi sol cinah müdafiəçisinin yaxşı məbləğ qarşılığında "Barselona"ya keçidinə razıdı.
 
Qeyd edək ki, La Liqanın ötən mövsümündə Martin "Espanyol"un heyətində 30 oyunda meydana çıxıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.