İdman

Luka Modriç saxlanıldı

20 İyun 2017 12:59
1 Şərh     Baxış: 1 116
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Xorvatiya yığmasının və "Real"ın yarımmüdafiəçisi Luka Modriç saxlanılıb.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, buna səbəb futbolçunun yanlış ifadə verməsi göstərilib.

Belə ki, Zaqreb "Dinamo"sunun sabiq prezidenti Zdravko Mamiçin məhkəməsində yalançı şahidliklə hakimi aldatmağa cəhd etdiyi üçün ulduz futbolçu barəsində ayrıca məhkəmə başladılıb. 31 yaşlı oyunçu bu gün yerli polislər tərəfindən saxlanılıb.
 
"Real"ın oyunçusunun 2008-ci ildə Zaqreb "Dinamo"sundan "Tottenhem"ə transferi zamanı sənədləri qanunsuz şəkildə hazırlamaqda günahlandırılan Zdravko Mamiçin də məhkəməsi davam edir. Məsələ burasındadı ki, Modriçin dediyi məbləğlə sənəddəki məbləğ arasında fərq olduğu aşkarlanıb.
 
Məhkəmə Mamiçin qardaşı Zoran Mamiçlə birlikdə 2008-ci ildən bəri "Dinamo"nun ölkə xaricindən əldə etdiyi transfer gəlirlərinin 15 milyon avrosunu öz hesabına köçürdüyünü və 1,6 milyon avroluq vergidən yayındığını açıqlayıb. Mamiçin günahı sübuta yetirilərsə, onunla yanaşı, Modriç də həbs ediləcək.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.