İdman

"Donnarummanın hərəkəti bizim üçün cinayətdir"

20 İyun 2017 12:32
0 Şərh     Baxış: 838
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

21 yaşadək futbolçular arasında keçirilən Avropa çempionatında İtaliya millisinin qapıçısı Canluici Donnarummaya saxta dollarlar atan azarkeşlərin rəhbəri "Radio Sport"a açıqlama verib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, "rossoneri" fanatı bunları deyib:

"Milan"ın növbəti oyununa hələ 1 ay var. Donnarummanın bundan sonra meydana çıxıb-çıxmaması barədə dəqiq bir şey bilmirik. Azarkeşlərin qəlbi qırılıb. O, klubun emblemini öpür və deyirdi ki, "Milan" qəlbindədir. Amma müqaviləsini yeniləmədi. Bizim üçün bu hərəkət cinayətdir".

Qeyd edək ki, bir qrup azarkeş İtaliya - Danimarka (2:0) matçının ilk hissəsində Donnarummanı təhqir edərək "Dollarumma" pankartı açmışdılar.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.