İdman

"Qarabağ" Premyer Liqa klubuna qarşı - YENİLƏNİR

20 İyun 2017 09:10
4 Şərh     Baxış: 1 346
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Qarabağ" Avstriyada təlim-məşq toplanışını davam etdirir.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, komanda bu gün ilk yoxlama oyununa çıxacaq.

Ağdamlılar Rusiya Premyer Liqa təmsilçisi "Axmat"la üz-üzə gələcək. Ölkəmizi Çempionlar Liqasında təmsil edəcək Qurban Qurbanovun yetirmələri güclü rəqibi qarşısında sınaq şansı qazanacaqlar.
 
Rəqib son mövsümü Premyer Liqada 5-ci pillədə başa vurub. Bir neçə gün öncə Avstriyada digər təmsilçimiz "Qəbələ" ilə yoxlama görüşünə çıxmış Çeçenistan komandası 1:0 hesablı qələbəyə sevinmişdi.
 
Qeyd edək ki, daha əvvəl "Terek" adı ilə tanınan komanda Çeçenistanın mərhum prezidenti Axmat Kadırovun şərəfinə "Axmat" adlandırılıb.
 
Yoxlama oyunu
20 iyun
 
19:00. "Qarabağ" - "Axmat"

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.